...

ABŞ Ukraynadan və digər ölkələrdən bəzi malların tədarükünə məhdudiyyət qoyulmasını bir daha gözdən keçirəcək

Dünya xəbərləri Materials 2 Avqust 2006 18:45 (UTC +04:00)

ABŞ-ın beynəlxalq ticarət komissiyası Ukraynadan və digər ölkələrdən bəzi malların Amerika bazarına tədarük olunmasına məhdudiyyətlərin qoyulmasının əsaslı olmasını bir daha gözdən keçirməyi qərara alıb. Bu barədə İTAR-TASS xəbər verib.

Trend in İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, Federal Register hökümət xəbərlər məcmusunda dərc edilmiş bildirişlərə əsasən, ammonyak şorasının /ammonyak nitratı/ , polad layının və polad armatur çubuqlarının Ukraynadan gətirilməsinə qoyulmuş antidempinq məhdudiyyətlərə yenidən baxılacaq. Yenidən baxılma üçün əsas məhdudiyyətlərin qoyulmasından sonra növbəti 5 illik müddətin bitməsidir.

Azot gübrələr üzrə prosedur yalnız Ukrayna tədarükçüləri üzrə keçiriləcək.

Polad məhsulların adı çəkilmiş növlərini ixrac edən bir sıra ölkələr yenidən nəzərdən keçiriləcək. Qaynar yayma üsulu ilə hazırlanan metal məmulatlar üzrə ixracçıların sırasına Ukrayna, Hindistan, Qazaxıstan və Çin, armatur üzrə isə Ukrayna, Belorusiya, Latviya, Çin, Moldova və Polşa daxil olub.

Tədqiqatın keçirilməsi mövcud antidempinq məhdudiyyətlərinin aradan qaldırılacağı demək deyil.

Xəbər lenti

Xəbər lenti