...

İsrail tankları Livanın Xiyam vadisindən çıxarılır

Dünya xəbərləri Materials 10 Avqust 2006 16:02 (UTC +04:00)

İsrail tankları Livanın Xiyam vadisindən çıxarılır.

"Hizbullah"ın nəzarət etdiyi Livanın "Əl-Manar" telekanalının verdiyi xəbərə görə, İsrail qoşunları tüstü pərdəsi altında Livan-İsrail sərhədinin şərq sektorundakı Xiyam vadisində yerləşən 14 tankını İsrailin Metula yaşayış məntəqəsi istiqamətində çıxarır.

Trend in RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, əvvəl "Hizbullah" bildirib ki, cümə axşamı səhər İsrail qoşunlarının Livanın Marcayun və Aynata yaşayış məntəqəsinə hücumu zamanı hərəkatın döyüşçüləri tərəfindən 13 İsrail tankı məhv edilib.

Xəbər lenti

Xəbər lenti