Trend "İTAR-TASS"a istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Avrasiya İqtisadi Əməkdaşlıq (AİƏ) ölkələrinin liderlərinə inteqrasiya proseslərini müzakirə etməyi təklif edib. Bu barədə dövlət başçısı Soçidə AİƏ liderlərinin görüşünü açarkən bildirib.
"Vahid iqtisadi məkanın formalaşdırılması baxımından inteqrasiya proseslərinin inkişafı üzrə səylərin Avrasiya İqtisadi Əməkdaşlıq təşkilatı çərçivəsindən etdiklərimizlə əlaqələndirilməsi bizim üçün çox vacibdir" - deyə Putin vurğulayıb. " ÜTT-yə qoşulma haqqında planlarımızla bağlı məlumat mübadiləsi etməyimiz çox vacibdir" - deyə prezident qeyd edib.
İclas bağlı qapılar arxasında davam edib.