Bu gün Ukraynada Azadlıq Günü qeyd olunur.
2004-cü il noyabrın 22-də prezident seçkilərinin hökümətin namizədi Viktor Yanukoviçin xeyrinə saxtalaşdırılmasına qarşı etiraz əlaməti olaraq yüz minlərlə vətəndaş Kiyevin Azadlıq Meydanına toplaşıb. Nəticədə bu etiraz əlaməti "Narıncı inqilab" adını alıb. Onun nəticəsi olaraq təkrar səsvermə keçirilib və Viktor Yuşenko Ukrayna prezidenti seçilib.
Trend in Kiyevdəki xüsusi müxbiri xəbər verir ki, Yuşenkonun seçki kampaniyası üzrə rəqibi Viktor Yanukoviç 2006-cı il parlament seçkilərinin yekunlarına görə parlamentdə çoxluğun yaradılmasından sonra Ukraynanın baş naziri vəzifəsini tutub.
Dünən Ukrayna prezidenti Viktor Yuşenko Ukrayna kanallarına verdiyi müsahibəsində bildirib ki, noyabrın 22-də o, Mariin sarayında Maydan üzrə silahdaşları arasında bayramı qeyd etmək istəyir.
Öz növbəsində bu gün hökümətin iclasını açan Ukraynanın baş naziri Viktor Yanukoviç bəyan edib ki, narıncı inqilab hadisələrini siyasi elitaların birləşməsində dönüş nöqtəsi kimi qiymətləndirməyə çağırır.
Bu zaman o qeyd edib ki, inqilab Ukrayna cəmiyyətində hökümət və vətəndaş arasında yeni qarşılıqlı münasibətlərin hesablandığı nöqtədir. .