Türkmənistanda prezident Saparmurat Niyazovun vəfat etdiyi bildirilib. Bu barədə dövlət televiziyasına istinadən Reyter və Assoşieyted Press agentliyi xəbər verir.
TV-nin verdiyi məlumata görə, Niyazov ürəyinin qəfil dayanması səbəbindən vəfat edib.
Niyazovun 66 yaşı var idi. O, iyirmi ildən artıq Türkmənistanın əvəzsiz lideri olub. Bu barədə RİA Novosti xəbər verir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin