İran İslam Respublikası ABŞ-la dialoqa hazırdır, lakin ədalətli və əlverişli şərtlər çərçivəsində. "Tehran əlverişli və ədalətli şərtlər çərçivəsində ABŞ-la dialoq yaradılmasına heç bir etiraz etmir". Bu fikirləri bazar günü "Əl-Ərəbiyyə" telekanalına İran prezidenti Mahmud Əhmədineyat bildirib.
O, bununla yanaşı qeyd edib ki, Amerika "İraqın milli maraqlarını nəzərə almadan İran, Suriya, yaxud Səudiyyə Ərəbistanı ilə danışqlar aparmağı düşünürsə, tamamilə yanılır".
"RBK"yə istinadən Trend bildirir ki, İran prezidentinin fikrincə, Vaşinqton İraqın müstəqilliyni və ərazi bütövlüyünü tanımalıdır ki, bu da ölkədə mövcud problemləri həll etməyə imkan verər".
O bildirib: "İran hər bir ölkə ilə danışıqlara hazırdır, əlbəttə ki, rəsmi şəkildə tanımadığımız İsraildən başqa".