...

KXDR danışıqlar üzrə ABŞ-la razılaşma əldə edilməsi barədə bildirib

Dünya xəbərləri Materials 19 Yanvar 2007 11:00 (UTC +04:00)

"RİA Novosti" agentliyinə istinadən Trend xəbər verir ki, ABŞ və KXDR nümayəndələri Berlində keçirilən danışıqlarda Şimali Koreya probleminin müzakirəsi müqəsdilə altıtərəfli formatda görüşlərin bərpa edilməsi üzrə "müəyyən razılaşmalar"a nail olub.

Bu barədə cümə günü Yaponiyanın "Kiodo tsusin" informasiya agentliyi Koreyanın (Şimali) Mərkəzi Teleqraf Agentliyinə istinadən məlumat verib. Şimali Koryea XİN nümayəndəsinin sözlərini agentlik sitat olaraq verib: "Müəyyən razılaşmalar əldə olunub".

O, heç bir təfsilatına varmadan, yalnız əlavə edib: "KXDR və ABŞ arasında nüvə probleminin tənzimlənməsinə mane olan məsələlərin həllinə yönəlmiş birbaşa dialoq olub".

Xəbər lenti

Xəbər lenti