...

İndoneziyada Rixter cədvəli üzrə 5,5 və 6,0 bal gücündə iki zəlzələ baş verib

Dünya xəbərləri Materials 22 Yanvar 2007 16:25 (UTC +04:00)

İndoneziyada Rixter cədvəli üzrə 5,5 və 6,0 bal gücündə iki zəlzələ baş verib. Yerli meteoroloji agentliyin nümayəndələrinin məlumatına görə, zəlzələnin mərkəzi ölkənin şərqində yerləşən Papua əyalətində olub. "Reuters" xəbər verir ki, ölənlər və dağıntılar barədə məlumat daxil olmayıb.

Xatırladaq ki, bundan öncə İndoneziyada mərkəzi Molukksk dənizində olan güclü zəlzələ nəticəsində 3 nəfər həlak olub. Onlar Manado şəhərində (Sulavesi adası) kilsə binası yeraltı təkanlardan hissə-hissə uçulurkən aldıqları zədələrdən ölüblər.

"RBK"ya istinadən Trend xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatlarına əsasən, yeraltı titrəyişlər Rixter cədvəli üzrə 7,3 bal təşkil edib.

Öz növbəsində İndoneziya seysmoloqları institutu bildirib ki, fəlakətin gücü 6,7 bal olub, Sakit Okean mərkəzi isə zəlzələnin 7,6 bal gücündə ooduğu barədə məlumat verib.

Xəbər lenti

Xəbər lenti