...

Ukrayna prezidenti ölkənin ən böyük rabitə operatoru "Ukrtelekom"un özəlləşdirilməsinə icazə verən qanun imzalayıb

Dünya xəbərləri Materials 27 Yanvar 2007 12:07 (UTC +04:00)

Ukrayna prezidenti Viktor Yuşenko ölkənin ən böyük rabitə operatoru "Ukrtelekom" ASC-nin özəlləşdirilməsinə icazə verən qanun imzalayıb.

Trend in Kiyevdəki xüsusi müxbiri xəbər verir ki, bu barədə Ukraynanın dövlət başçısının rəsmi internet-nümayəndəliyi məlumat verib.

Bu vaxta qədər "Ukrtelekom" ASC-nin özəlləşdirilməsinə qadağa qoyulurdu.

Qanun həmçinin "Odessa liman kənarı zavod" ASC-nin özəlləşdirilməsinə qoyulan qadağanı götürüb.

Öz növbəsində, Ukraynanın Dövlət əmlakı fondu beynəlxalq fond birjalarında "Ukrtelekom" ASC-nin 32,8% və "Odessa liman kənarı zavod" ASC-nin 34,6% səhmlərinin satışa qoyulmasını təklif edir. Fond həmçinin dövlət mülkiyyətinə "Ukrtelekom" və "Odessa liman kənarı zavod"un 50% plyus 1 səhmini təsbit etməyi, eləcə də Ukrayna fond birjalarında bu ASC-lərin 10% səhm paketini satmağı təklif edir.

Fond yaxın vaxtlarda 2007-ci ildə Ukraynada özəlləşdirmək üçün obyektlərin tam siyahısını təqdim etməyi planlaşdırır. 2007-ci ildə Ukrayna hökuməti dövlət əmlakının özəlləşdirilməsindən 10,2 mlrd. qriven almağı planlaşdırır (2,02 mlrd. dollar).

Xəbər lenti

Xəbər lenti