...

İraq baş nazirinin müavini: ABŞ və İran İraqdan "münaqişə və rəqabət zonası" qismində istifadə edirlər

Dünya xəbərləri Materials 29 Yanvar 2007 10:40 (UTC +04:00)

İraq baş nazirinin müavini Barham Saleh bildirib ki, ABŞ və İran İraqdan "münaqişə və rəqabət zonası" qismində istifadə edirlər. "RBK"ya istinadən Trend xəbər verir ki, baş nazirin müavini həmçinin Vaşinqton və Tehranı İraqın süverenliyini pozmaqda ittiham edib.

"Associated Press" agentliyinə müsahibəsində B.Saleh bildirib: "Müasir iraqlılar ölkə daxilində, eləcə də qonşuları ilə sülh şəraitində yaşamaq istəyirlər. Buna nail olmaq üçün bizə kənar müdaxilələrdən azad olmaq lazımdır".

O əlavə edib: "Biz tiraniya ilə mübarizədə kömək göstərdyinə görə ABŞ-a minnətdarıq, lakin son nəticədə biz təhlükəsizliyə ehtiyacı olan xalqımızın maraqlarını qoruyuruq".

Xəbər lenti

Xəbər lenti