...

Türkiyənin ixracatı 85 milyard dolları keçib

Dünya xəbərləri Materials 5 Fevral 2007 10:46 (UTC +04:00)

Türkiyə Statistika İdarəsinin məlumatlarına əsasən Türkiyənin ixracatı 2006-cı ildə əvvəlki illə müqayisədə 15,9% artaraq 85 milyard 143 milyon dollar həddinə çatıb. Bu barədə Trend in Ankara müxbiri xəbər verir.

Eyni zamaanda, ölkəyə idxalatın həcmi də 17,3 % artaraq, 137 milyard 32 milyon səviyyəsinə çatıb. Xarici ticarət dövriyyəsinin defisiti 19,8% artaraq 51 milyard 891 milyon dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti