ABŞ prezidenti Corc Buş konqresdən 2008-ci ildə hərbi-kosmik proqram üzrə xərclərin 25% artırılmasını xahiş edib.
Ağ Evin büdcə idarəsinin www.rian.ru-ya verdiyi məlumata əsasən, gələn il büdcəsi üçün bazar ertəsi günü konqresə göndərilmiş büdcə layihəsində Buş "hərbi kosmos" büdcəsini 1,2 milyard dollara qədər artırmağı nəzərdə tutub.
Ağ Evin büdcə hesablamalarına əsasən, Buş konqresə gələn ildə ümumilikdə 7 hərbi-kosmik proqramının maliyyələşdirməsini, onlardan 5-nin xərcəlirini artırmağı təklif edib.
Bu layihəyə xərclərinə Buş tərəfindən 1,2 milyard dollar qoyulmuş EELI (Evolved Expendable Launch Iehicles) raket daşıyıcılarının yaradılması proqramı, xərclərinə 1,1 milyard dollar məbləğində vəsait ayrılmış SBIRS-N (Space Based Infrared System-High) raketlərinin buraxılmasına infrastruktur peyk müşahidəsini həyata keçirən proqram, xərcəlirinə 1 milyard dollar ayrılmış TSAT (Transformational Communications Satellite) sputnik rabitəsinin lazer sistemi poqramıdır.
NASA xəttinə əsasən, vətəndaş kosmik proqramına 2008-ci il üçün Ağ Ev tərəfindən 17,3 milyard dollar məbləğində vəsait qoyulub. Cari ilin 16,8 milyard dollar vəsaiti ilə müqayisədə Buşun kosmik sahə üçün 2008-ci il üçün təklif etdiyi büdcənin artırılması təxminən 3% təşkil edir.