...

Gürcüstanın Avrointeqrasiya üzrə dövlət naziri Fransaya səfərə yola düşüb

Dünya xəbərləri Materials 5 Mart 2007 20:53 (UTC +04:00)

Gürcüstan, Tiflis/ Trend müxbir N.Kircixalia/ Gürcüstanın Avrointeqrasiya üzrə Dövlət Naziri bu gün Fransaya səfərə yola düşüb. Trend in Tiflisdəki xüsusi müxbirinin verdiyi xəbər görə, bu gün səhər Qriqori Baramidze hava limanında jurnalistlərə səfərin işgüzar xarakterli olduğunu və Gürcüstanın Avropaya inteqrasiya etməsinə yardım etmək məqsədi daşıdığını bildirib.

"Fransa həm Avropanın siyasi həyatında ciddi rol oynayır, həm də bizim tərəfdaşımızdır, ona görə də bu görüşlər və müzakirələr bizim üçün çox əhəmiyyətlidir",-deyə Nazir vurğulayıb.

Baramidze Fransanın Avropa məsələləri üzrə naziri Kadro Kalona, həmçinin Fransa XIN-in iki avropa departamentinin rəhbəri ilə görüşəcək.

Səfərin məqsədi və müzakirə olunacaq məsələlər sırasına Gürcüstanın avropaya inteqrasiyası, Avropanın qonşuluq siyasətində iştirak etmək, viza məsələlərinin sadələşdirilməsi, Avropa Şurasının Gürcüstandakı konfliktlərin həllində rolu və azad ticarət məsələləri daxildir.

Xəbər lenti

Xəbər lenti