...

Fransada 3-cü müsəlman məktəbi açıldı

Dünya xəbərləri Materials 7 Mart 2007 12:59 (UTC +04:00)

Fransa, Strasburq/müxbir Trend E.Məcidli/Bu gün Fransada ölkədə yaşayan müsəlmanlar üçün tikilən üçüncü litseyin açılışı olub. Lion şəhərinin Decines qəsəbəsində açılan məktəbə IX əsrdə yaşamış islam alimi Əl Kindi nin adı verilib.

İlk olaraq bir illik hazırlıq sinfi açılan El Kindi Özəl Məktəbi 140 nəfərlik şagird kontingenti ilə Fransanın ən böyük müsəlman məktəbi olmasıyla seçilir.

Qeyd etmək lazımdır ki, Lion Təhsil İdarəsi, sentyabr ayında məktəbin yeni tədris ilinə başlamasına izin verməmiş, dərs verəcək müəllimlərin yetərsiz olduğunu səbəb göstərmişdi. Bu qərara şəhərdə yaşayan müsəlman icması etiraz etmiş və keçən fevral ayında Fransa Ali Təhsil Şurası (CSE) Lion Təhsil İdarəsi tərəfindən verilən qərarı ləğv edərək müsəlman məktəbinin fəaliyyətinə icazə vermişdi.

Xatırlatmaq lazımdır ki, Fransada ilk müsəlman məktəbi 2001-ci ildə Parisin şimal-şərqində yerləşən Aubervilliers qəsəbəsində, ikincisi isə 2003-cü ildə Lille şəhərində açılmışdı.

Xəbər lenti

Xəbər lenti