...

Qırğızıstanda mədəniyyət nazirinin müavini istefa verərək müxalifətə keçdiyini bəyan edib

Dünya xəbərləri Materials 12 Mart 2007 13:26 (UTC +04:00)

Bu gün Qırğızıstanda mədəniyyət və informasiya nazirinin müavini Asanbəy Sarıbayev istefa verərək müxalifətə keçdiyini bəyan edib.

Mətbuat konfransında o bəyan edib ki, müxalifətin ölkədə növbədənəkənar prezident seçkilərinin keçirilməsi və konstitusiya islahatlarının aparılması tələblərini tamamilə dəstəkləyir, belə ki, hazırkı hökumət, o cümlədən baş nazir "heç bir səlahiyyətə malik deyil", yalnız prezident adminstrasiyasının göstərişlərini yerinə yetirir. Bu barədə İTAR-TASS məlumat verib.

"Baş nazir razılaşdırılma olmadan hətta hökumətdə şöbə rəisini də təyin edə bilməz", deyə Sarıbayev qeyd edib. Onun sözlərinə görə, belə şəraitdə ölkədə iqtisadi vəziyyəti kardinal olaraq dəyişmək mümkün deyil.

Xəbər lenti

Xəbər lenti