...

Belarus vətəndaşı qanunsuz olaraq Gürcüstandan Azərbaycana keçməyə cəhd edib

Dünya xəbərləri Materials 11 May 2007 19:53 (UTC +04:00)

Gürcüstan, Tiflis/ Trend müxbir N.Kirsxalia/ Gürcüstan sərhədçiləri bu ölkəyə qeyri-qanuni daxil olmuş Belarus vətəndaşını saxlayıblar. O, Azərbaycan-Gürcüstan sərhədinin "Qırmızı körpü" sərhəd-keçid məntəqəsində saxlanılıb.

Müəyyən olunub ki, Belarus vətəndaşı Gürcüstan ərazisinə gürcü-rus sərhədinin ostein hissəsindən qanunsuz olaraq daxil olub.

Fakt üzrə müvafiq araşdırma başlanılıb.

Xəbər lenti

Xəbər lenti