...

Layma Vaykule Tiflisə gəlir

Dünya xəbərləri Materials 28 May 2007 13:51 (UTC +04:00)

Gürcüstan, Tiflis/ Trend müxbir N.Kirsxalia/ İyunun 7-də, onillik fasilədən sonra Gürcüstana məşhur müğənni Layma Vaykule gəlir. Layihənin təşkilatçısı produser Nato Dumbadze bildirib ki, konsert dəbdəbəli "Triumf" klubunda keçiriləcək.

Onun sözlərinə görə, klubda yüksək səviyyəli müğənnilərin çıxışı üçün hər bir şərait mövcuddur.

"Uma Turman" qrupunun Gürcüstana mümkün səfəri ilə bağlı isə Dumbadze bürün şayiələri dağıdaraq bildirib ki, Gürcüstana qarşı etinasız münasibətinə görə onların səfərini təşkil etməkdən imtina edir.

Bundan əlavə, onun sözlərinə görə, qrup üzvləri astronimik qonarar istəyiblər.

Xəbər lenti

Xəbər lenti