...

AYİB 2007-ci ildə Ukraynada energetika layihələrinin reallaşdırılmasına 250 mln. avro ayırmağa hazırdır

Dünya xəbərləri Materials 29 May 2007 18:29 (UTC +04:00)

Ukrayna, Kiyev /müxbir Trend Z.Novosvitski/Avropa Yenidənqurma və İnkişaf Bankı 2007-ci ildə Ukraynada energetik layihələrin reallaşdırılmasına 250 mln. avro ayırmağa hazırdır. Bu barədə Ukraynada AYİB-in direktoru Kamen Zaxariyev Kiyevdə mətbuat konfransında məlumat verib.

Bank Ukraynada enerji effektliyinin yüksəldilməsi Proqramının reallaşdırılması üçün 100 mln. avro kredit xətti açıb. Bu vəsaiti Ukraynada özəl sənaye müəssisələrinin gələcək kreditləşdirilməsi üçün Ukrayna bankları alacaq. Bu gün layihədə iki Ukrayna bankı - "Ukreksimbank" və "Kreditprombank" iştirak edir.

Bundan başqa, bankirin sözlərinə görə, hazırda AYİB "Neftqaz Ukrayna" NAK-ın törəmə şirkətləri ilə neft və qazın nəql olunması sisteminin müasirləşdirilməsinə kreditlərin ayrılması üçün danışıqlar aparır.

K.Zaxariyev həmçinin qeyd edib ki, cari ildə AYİB Avropa İnvestisiya Bankı (AİB) ilə birgə yüksəkgərginlikli elektrik ötürücü xətlərinin tikintisini (Rovensk AES - "Kiyevskaya" PS) maliyyələşdirəcək.

Xəbər lenti

Xəbər lenti