Pakistan hökuməti hücuma məruz qalmış və qanlı günlərin şahidi olmuş, paytaxt İslamabadda yerləşən Qımızı Məscidi bu gün ilk dəfə olaraq cümə namazı üçün açıb.
Məscidə hücumdan sonra burada ilk dəfə qılınan namazda iştirk edən Pakistan Dini İşlər İdarəsinin rəhbəri Məhəmməd İcaz əl-Haqq jurnalistlərə açıqlamasında Qırmızı Məsciddə baş verən dəhşətli hadisələrin ölkənin heç bir məntəqəsində bir daha baş verməyəcəyinə ümid etdiyini bildirib.
Məscidin aramsız sürən atışma nəticəsində güllələrdən deşik-deşik olmuş divarlarında ilkin təmir işləri aparılıb, məscidin nəzdindəki dini mədrəsə isə təhlükəli vəziyyətdə olduğundan hələ istifadəyə verilməyib. Hökumətdən bildiriblər ki, Ləl Məscid adlı bu məscid (yəni rənginə görə qırmızı adlandırılır) tam bərpa işlərindən sonra çox güman ki, ağ və açıq sarı rəngdə olacaq.