...

Müdafiə Nazirliyi: Erməni əsgər düşmən ordusundakı özbaşınalıq nəticəsində yaralanıb (YENİLƏNİB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 İyul 2016 11:23 (UTC +04:00)
Erməni hərbi qulluqçu Ermənistan ordusunda hökm sürən özbaşınalıq nəticəsində yaralanıb.
Müdafiə Nazirliyi: Erməni əsgər düşmən ordusundakı özbaşınalıq nəticəsində yaralanıb (YENİLƏNİB)

Azərbaycan Müdafiə Nazirliyinin məlumatı əlavə olunub (ilk xəbər saat 10:45-də yayılıb)

Bakı. Trend:

Erməni hərbi qulluqçu Ermənistan ordusunda hökm sürən özbaşınalıq nəticəsində yaralanıb.

Azərbaycan Müdafiə Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildiriblər ki, Ermənistan KİV-in iyulun 23-nə keçən gecə, saat 00:10-da guya Azərbaycan silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində erməni hərbi qulluqçusu Mqer Çiloyanın yaralanması barədə yaydığı məlumat həqiqətə uyğun deyil.

Nazirlik bir daha bildirir ki, Azərbaycan Silahlı Qüvvələri atəşkəs rejiminə riayət etməklə cəbhə xətti boyu əməliyyat şəraitinə tam nəzarət edir.

M.Çiloyanın yaralanmasının Ermənistan ordusunda hökm sürən özbaşınalıqlar və nizamnamədən kənar münasibətlər səbəbindən baş verməsi şübhə doğurmur.

X X X

10:45

Ermənistanın hərbi qulluqçusu yaralanıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, iyulun 23-nə keçən gecə qoşunların qarşıdurma xəttində erməni əsgəri 1991-ci il təvəllüdlü Mqer Ziloyan güllə yarası alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti