...

Azərbaycanın mobil operatorları "audio kitabxana"ya qoşulur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Yanvar 2017 10:25 (UTC +04:00)
Azərbaycanın mobil rabitə operatorları "audio kitabxana" layihəsinə qoşulacaqlar.
Azərbaycanın mobil operatorları "audio kitabxana"ya qoşulur

Bakı. Hüseyn Vəliyev - Trend:

Azərbaycanın mobil rabitə operatorları "audio kitabxana" layihəsinə qoşulacaqlar.

Bu barədə Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə bildirib.

Layihədə məqsəd gözdən əlillərin və görmə qabiliyyəti zəif olanların bədii əsərlərə çıxışını təmin etməkdir. Əsas vəzifə istifadəçilər üçün rəqəmli audio kontentin formalaşdırılması və kitabların audio formata keçirilməsidir.

Mənbə deyib ki, müraciət bütün operatorlara - "Bakcell", "Azercell" və "Azerfon"a göndərilib və baxılma mərhələsindədir.

Hazırda 100-dən çox kitab səsləndirilərək "audio kitabxana"da yerləşdirilib. "1541" qısa nömrəsini yığmaqla bu xidmətdən günün istənilən vaxtı istifadə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti