...

İyunun 3-də Milli Məclis sədrinin başçılıq etdiyi nümayəndə heyəti Rusiyaya rəsmi səfər edəcək

Siyasət Materials 2 İyun 2010 13:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir K.Zərbalıyeva/

İyunun 3-də Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti Rusiyaya rəsmi səfər edəcək. Bu barədə çərşənbə günü keçirdiyi brifinqdə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov məlumat verib. Bildirib ki, səfər Rusiya Federal Məclisi Federal Şurasının sədri Sergey Mironovun dəvəti ilə baş tutacaq.

"Nümayəndə heyətinin tərkibinə millət vəkilləri Arif Rəhimzadə, Mixael Zabelin, Adil Əliyev, Rüfət Quliyev və Milli Məclis aparatının rəhbəri Şəfa Mirzəyev və digət rəsmi şəxslər daxildir", - Nəsirov  bildirib.

Səfər çərçivəsində nümayəndə heyətinin Rusiya Prezidenti Dmitri Medvedev, Federal Məclisin Federal Şurasının sədri Sergey Mironov, Dövlət Dumasının sədri Boris Qrızlovla görüşləri nəzərdə tutulub. Görüşlərdə ikitərəfli əlaqələrin bugünü və gələcək inkişaf perspektivləri, parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsi, regional münaqişələrin həll yolları və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Nümayəndə heyəti səfər çərçivəsində bir sıra mədəni tədbirlərdə iştirak edəcək, ölkəmizin Moskvadakı Səfirliyində olacaq, Rusiyadakı Azərbaycan diasporunun fəaliyyəti ilə də maraqlanacaqlar.

Səfər iyunun 5-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti