Azərbaycan, Bakı, 11 dekabr /Trend/
Azərbaycan Parlamentinin deputatları Ukraynada keçiriləcək təkrar parlament seçkilərini müşahidə etmək üçün dekabrın 12-dən 16-dək Kiyev şəhərində səfərdə olacaqlar.
Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ölkəmizin AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Avropa Şurası Parlament Assambleyasının, deputat Rüfət Quliyev isə GUAM Parlament Assambleyasının xətti ilə seçkiləri izləyəcək müşahidəçilər missiyasına qatılacaqlar.
Səfər zamanı deputatlarımız bir sıra seçki məntəqələrində olacaq, seçicilərin fəallığını müşahidə edəcək, prosesin gedişi ilə bağlı fikirlərini açıqlayacaqlar.