...

Rusiya XİN ermənipərəst "Reqnum" agentliyinin suallarını təxribat adlandırdı

Siyasət Materials 23 İyun 2016 18:03 (UTC +04:00)
Rusiya Xarici İşlər Nazirliyi (XİN) ermənipərəst "Reqnum" agentliyinin Azərbaycanda Məhəmməd Əmin Rəsulzadənin abidəsinin qoyulması barədə sualını təxribat adlandırıb.
Rusiya XİN ermənipərəst "Reqnum" agentliyinin suallarını təxribat adlandırdı

Bakı. Elmira Tariverdiyeva - Trend:

Rusiya Xarici İşlər Nazirliyi (XİN) ermənipərəst "Reqnum" agentliyinin Azərbaycanda Məhəmməd Əmin Rəsulzadənin abidəsinin qoyulması barədə sualını təxribat adlandırıb.

Trend-in məlumatına görə, bu barədə Rusiya XİN-in agentliyin sorğusuna cavab məktubunda deyilir.

Qurumun rəsmi nümayəndəsi Mariya Zaxarova "Reqnum"un sualına cavab verməkdən imtina edərək bildirib ki, RF XİN-in mövqeyi redaksiyaya göndərilən cavabda izah edilib.

"Reqnum"un sorğusunda Rusiya XİN-in daha əvvəl Yerevanda faşistlərlə əməkdaşlıq edən Qaregin Njdeyə abidə qoyulması faktına təəccüblənməsi ilə bağlı narahatlıq bildirilmişdi.

Cavab məktubunda deyilir: "Rusiya Xarici İşlər Nazirliyinin M.Ə.Rəsulzadəyə abidə qoyulması ilə bağlı reaksiyasına dair müraciətinizlə əlaqədar qarşılıqlı sual vermək istərdik: "Reqnum" son 15 ildə bu abidələrlə bağlı Rusiyanın yanaşmasına maraq göstəribmi və nəyə görə agentliyin II Dünya müharibəsi tarixi ilə bağlı abidələrə marağı Azərbaycan və Ermənistan əlaqələri kontekstində yaranıb?"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti