...

Aqrar Subsidiya Şurasının üzvlərinin sayı artırıldı - FƏRMAN

Siyasət Materials 17 Oktyabr 2023 18:28 (UTC +04:00)
Aqrar Subsidiya Şurasının üzvlərinin sayı artırıldı - FƏRMAN

Bakı. Trend:

Aqrar Subsidiya Şurasının üzvlərinin sayında dəyişiklik edilib.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilməsi haqqında imzalanan fərmanda bildirilib.

Fərmana əsasən, Şuranın təkibinə kənd təsərrüfatı naziri və Dövlət Ehtiyatları Agentliyinin 1 nümayəndəsi daxil edilib:

“Şura sədr də daxil olmaqla 9 üzvdən – Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirindən, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin (2 nəfər), Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (1 nəfər), Azərbaycan Respublikası Maliyyə Nazirliyinin (1 nəfər), Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin (1 nəfər), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (1 nəfər), Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin (1 nəfər) və yerli fermerlər assosiasiyasının (1 nəfər) nümayəndələrindən ibarətdir”.

Sənədin redaksiyada verilmiş bəndinə əsasən, məhsul subsidiyası ilə bağlı hər il fermerlər Nazirliyin təsdiq etdiyi reqlamentlərlə müəyyən edilmiş müddətlərdə bu qaydada nəzərdə tutulan elektron bəyannaməni (müraciəti) və məhsulun tədarükçüyə təhvil verilməsi barədə sənədləri (məhsulun qəbul qəbzlərini və (və ya) Azərbaycan Respublikası Vergi Məcəlləsinə uyğun olaraq tərtib edilmiş elektron qaimə-fakturaları və ya malların alış aktlarını), tədarükçülər isə təhvil aldıqları kənd təsərrüfatı məhsulunun növü və miqdarı barədə məlumatları SİS-ə daxil etməlidirlər.

Xəbər lenti

Xəbər lenti