...

Məktəblərin qarşısında avtomobil saxlanmasına icazə verilə bilərmi? - Yol polisindən açıqlama

Cəmiyyət Materials 21 Dekabr 2016 22:00 (UTC +04:00)
Bakıda orta məktəblərin qarşısında avtomobillərin 15 dəqiqə müddətində saxlanmasına icazə verilməsi üçün əvvəlcə ona şərait yaradılmalıdır.
Məktəblərin qarşısında avtomobil saxlanmasına icazə verilə bilərmi? - Yol polisindən açıqlama

Bakı. Elçin Mehdiyev - Trend:

Bakıda orta məktəblərin qarşısında avtomobillərin 15 dəqiqə müddətində saxlanmasına icazə verilməsi üçün əvvəlcə ona şərait yaradılmalıdır.

Bu barədə Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Milli Məclisdə orta məktəblərin qarşısında avtomobillərin saxlanması üçün 15 dəqiqəlik icazə verilməsi ilə bağlı təklifə münasibət bildirərkən deyib.

V.Əsədov bildirib ki, bu gün icazə verilmədiyi halda belə, pik saatlarda məktəblərin qarşısında sıxlıq yaranır: “İcazə verilsə, vəziyyət daha çətin olacaq. Problemdən çıxış yolu kimi məktəblərin ətrafında dayanacaqların yaradılması daha məqsədəuyğundur. Amma indiki şəraitdə paytaxtın mərkəzindəki məktəblərin ətrafında avtomobil dayanacaqlarının yaradılması da mümkün deyil. Bir real variant var ki, bu da uşaqların ictimai nəqliyyatla müxtəlif məntəqələrdən daşınmasının təşkil edilməsidir”.

V.Əsədov vurğulayıb ki, gələcəkdə inşa ediləcək təhsil müəssisələrində avtomobil duracaqlarının olmasına da diqqət yetirilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti