...

Azərbaycanda yeni agentlik yaradılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Dekabr 2015 11:40 (UTC +04:00)
Azərbaycanda bərk məişət tullantılarının idarə edilməsinə mərkəzləşdirilmiş nəzarət üzrə agentliyin yaradılması planlaşdırılır.
Azərbaycanda yeni agentlik yaradılacaq

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycanda bərk məişət tullantılarının idarə edilməsinə mərkəzləşdirilmiş nəzarət üzrə agentliyin yaradılması planlaşdırılır. Bunu Trend-ə Dünya Bankının (DB) Bakı nümayəndəliyindən deyiblər.

Nümayəndilikdən qeyd ediblər ki, bu, Azərbaycan hökumətilə DB-nin birgə hazırladığı bərk məişət tullantılarının idarə edilməsi üzrə milli strategiya layihəsində irəli sürülmüş mümkün ssenarilərdən biridir.

DB-nin Bakı ofisindən bildiriblər ki, hazırda müzakirələr davam edir: "Hökumətin seçəcəyi variantın əsasında strategiyanın yekun versiyası 2016-cı il yayın əvvəlində hazır olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti