...

Marina Nekrasova: "I Avropa Oyunları mənim üçün böyük məsuliyyət olacaq" (MÜSAHİBƏ)

Baku 2015 : EUROGAMES Materials 14 May 2015 11:12 (UTC +04:00)
Digər gimnastika növləri ilə yanaşı Oyunlarda tək Avropada yox, bütün dünyada sevilən qadın idman gimnastikası da təmsil olunacaq.
Marina Nekrasova: "I Avropa Oyunları mənim üçün böyük məsuliyyət olacaq" (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 14 may /Trend /

I Avropa Oyunlarının başlamasına bir aydan az vaxt qalıb. Bakıda keçiriləcək tədbirdə 16 olimpiya və 4 qeyri-olimpiya idman növü olmaqla 20 idman növü üzrə yarışlar keçiriləcək. Avropanın hər bir yerindən 6000-dən çox idmançı 17 yarış günü ərzində ölkələrini təmsil edəcəklər.

Digər gimnastika növləri ilə yanaşı Oyunlarda tək Avropada yox, bütün dünyada sevilən qadın idman gimnastikası da təmsil olunacaq. Azərbaycanda bu idman növü yaxın keçmişdə - 2013-cü ilin sonlarında inkişaf etdirilməyə başlayıb, Anna Pavlova və Marina Nekrasova isə Azərbaycanı beynəlxalq arenada təmsil edən ilk gimnastlar olublar.

Ənənəyə sadiq qalaraq, Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti digər iki gimnast ilə bərabər oyunlarda ölkəmizin şərəfini qoruyacaq Marina Nekrasova ilə həmsöhbət oldu.

Trend gimnastımızın müsahibəsini təqdim edir.

- Gimnastikaya gəlişiniz haqqında danışın. Necə oldu ki, məhz bu idman növünü seçdiniz?

- Bu çoxdan olub. 3 yaşım olanda valideynlərim məni gimnastikaya gətirdi. O yaşda mən çox şeyi seçə bilmirdim, bu, valideynlərimin seçimi idi. İllər ötdükcə bu idman növünün necə gözəl və qeyri-adi olduğunu anladım.

- Necə düşünürsünüz, başqa idman sahəsində uğurlu ola bilərdinizmi?

- Yoxlamaq olardı, amma gimnastikadan gedə bilmərəm.

- Yarışlarda emosiyalarınızla necə bacarırsınız? Təmkinli olmağınızın sirri nədədir?

- Yarış meydançasına öz həyəcanımı çıxarmamağa çalışıram, onlarla evdə mübarizə aparıram.

- Necə hesab edirsiniz, hər hansı idman növündə vacib olan nədir?

- Ən əsası seçdiyin idman növünə qarşı istəkli, əzmli və səbrli olmaqdır.

- Professional idmanla məşğul olmaq nə dərəcədə təhlükəlidir? Yoxsa bu idman növündən asılıdır?

- İdman növündən, əlbəttə, çox şey asılıdır, ən əsası isə məşqlərə düşüncə ilə yanaşmaqdır.

- İdmanda kumiriniz varmı?

- Heç kimi xüsusi qeyd etmirəm, amma hörmət etdiyim çox idmançı var.

- Yaxın gələcək üçün idman planlarınızdan danışmağınızı rica edirik.

- Yaxın gələcək üçün planlarım Dünya Kuboku və I Avropa Oyunlarıdır. Əlbəttə, bir neçə yarış da var, amma onlar haqqında hələ düşünmürəm.

- I Avropa Oyunları sizin üçün nə kəsb edir və Oyunlara necə hazırlaşırsınız?

- I Avropa Oyunları məni idmana qaytaran məqsəddir. Onlar mənim üçün böyük məsuliyyət olacaq, ona görə də yaxşı nəticə əldə etmək üçün hazırlıqlara bütün gücümü sərf edirəm.

- İdmandan bir az uzaqlaşsaq, reallaşdırmaq istədiyiniz başqa arzularınız, məqsədləriniz varmı?

- Mənim arzum, Olimpiya Oyunlarına düşməkdir.

- İdmanla gündəlik həyatınızı birləşdirə bilirsinizmi?

- Alınır. İstək olduqda hər şey mümkündür (gülür).

- Bir qədər də ailəniz haqqında danışardınız.

- Böyük və dostcanlı ailəm var. Sevdiklərim mənə görə narahat olurlar və hər gün dəstəkləyirlər.

- Sevdiyiniz şəxs varmı?

- Sevdiyin şəxsi gizlətmək çox çətindir, əgər varsa hamı ondan xəbər tutur.

- Adətən azarkeşləriniz tribunlardan sizi necə dəstəkləyirlər?

- Adətən yarışlarda diqqətimi çıxışıma yönəldirəm. Azarkeşlər nə qışqırdıqlarını özləri bilirlər (gülür).

- Siz onlardan nə eşitmək istərdiniz?

- Dəstəklədiklərinə görə çox sağ olsunlar, azarkeşlərsiz adrenalin qaynamır. Azarkeşlər mənim çıxışımın bir hissəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti