...

Argentina səfiri: “I Avropa Oyunları Azərbaycanın inkişafını bütün dünyaya nümayiş etdirmək üçün yaxşı imkandır”

Baku 2015 : EUROGAMES Materials 8 İyun 2015 13:28 (UTC +04:00)
Qarşıdan gələn I Avropa Oyunları Azərbaycanın inkişafını bütün dünyaya nümayiş etdirmək üçün yaxşı imkandır.
Argentina səfiri: “I Avropa Oyunları Azərbaycanın inkişafını bütün dünyaya nümayiş etdirmək üçün yaxşı imkandır”

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir Cəmilə Əliyeva/

Qarşıdan gələn I Avropa Oyunları Azərbaycanın inkişafını bütün dünyaya nümayiş etdirmək üçün yaxşı imkandır. Bu barədə Trend-ə Argentinanın Azərbaycandakı səfiri Karlos Dante Riva deyib.

O bildirib ki, ölkə I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün çox əmək sərf edib və bu əmək, sözsüz öz bəhrəsini verəcək: "Oyunlar böyük uğurla keçiriləcək. "Bakı 2015" növbəti Avropa Oyunları üçün yüksək planka müəyyənləşdirəcək".

K.Riva qeyd edib ki, I Avropa Oyunları yalnız Avropa üçün böyük əhəmiyyət kəsb etmir: "Birincisi, belə tədbirlər rəqib olmalarına baxmayaraq, müxtəlif ölkələrin nümayəndələrini birləşdirir. İkincisi, birlikdə işlədikdə nələrə nail olmağı nümayiş etdirir. I Avropa Oyunları üçün yeni arenalar tikilib və mövcud idman obyektləri ən yüksək səviyyədə təmir edilib. Oyunlarda Avropanın ən yaxşı idmançıları iştirak edəcək. Azərbaycan I Avropa Oyunlarına hazırdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti