...

Marina Durunda: “I Avropa Oyunlarında çıxış etmək böyük şərəfdir”

Baku 2015 : EUROGAMES Materials 10 İyun 2015 12:26 (UTC +04:00)
Tarixdə bir ilk olan Avropa Oyunlarında çıxış etmək istənilən idmançı üçün böyük şərəfdir.
Marina Durunda: “I Avropa Oyunlarında çıxış etmək böyük şərəfdir”

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir Maksim Tsurkov/

Tarixdə bir ilk olan Avropa Oyunlarında çıxış etmək istənilən idmançı üçün böyük şərəfdir. Bu barədə Trend-ə azərbaycanlı gimnast Marina Durunda deyib.

O, azərbaycanlı gimnastların çox məşq etdiyini bildirib: "İdman dünyasının əhəmiyyətli hadisəsi - I Avropa Oyunlarına çox məsuliyyətlə yanaşırıq. Tarixdə bir ilk olan belə böyük miqyaslı yarışlarda çıxış etmək istənilən idmançı üçün şərəfdir. Tamaşaçıları, Azərbaycan xalqını, Federasiyamızı və baş məşqçimizi sevindirmək üçün bacardığım və əlimdən gələni maksimum dərəcədə göstərməyə çalışacağam".

M.Durunda qeyd edib ki, çıxışında hər elementi düzgün yerinə yetirməyə çalışacaq: "Çıxışımın yüksək səviyyədə olmasını istəyirəm. Bacardığının maksimumunu göstərəndə, maksimum şəkildə qiymətləndirilirsən. Ümid edirəm ki, hakimlər bizə qarşı mərhəmətli olacaq və biz yüksək nəticələrə imza ata biləcəyik. Bütün mövsüm bu hərəkətləri məşq etmişik, çıxışımızda düzəlişlər etmişik. Tamaşaçılarımızı təəccübləndirə biləcəyik".

M.Durunda tamaşaçıları yarışlara gəlib gimnastlarımızı dəstəkləməyə çağırıb: "Çıxışlarımızla tamaşaçıları sevindirməyə çalışacağıq. Tamaşaçılarımız yüksək əhval-ruhiyyədə olmalıdırlar ki, onların dəstəyi ilə ev sahibliyi etdiyimiz arenada daha şən və rahat şəkildə çıxış edək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti