...

Bilik Fondunun könüllüləri Avropa Oyunları könüllüləri ailəsinə qoşulub (FOTO)

Baku 2015 : EUROGAMES Materials 10 İyun 2015 12:15 (UTC +04:00)
zərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu yarandığı gündən təkcə paytaxtda deyil, bütün ölkə ərazisində fəal maarifçilik tədbirləri həyata keçirir, ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatı, incəsənətinin təbliği ilə bağlı bir-birindən maraqlı layihələr reallaşdırır.
Bilik Fondunun könüllüləri Avropa Oyunları könüllüləri ailəsinə qoşulub (FOTO)

Azərbaycan, Bakı, 10 iyun /Trend/

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu yarandığı gündən təkcə paytaxtda deyil, bütün ölkə ərazisində fəal maarifçilik tədbirləri həyata keçirir, ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatı, incəsənətinin təbliği ilə bağlı bir-birindən maraqlı layihələr reallaşdırır.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İnformasiya Təminatı sektorundan Trend-ə verilən məlumata görə, bu səbəbdən də Fondun 2014-cü ildə təsis olunan Könüllülər Birliyi üzvlərinin sayı artıq üç minə qədərdir. Azərbaycanın bütün rayonlarından olan gənclər Bilik Fondu Könüllülərinin sıralarını genişləndirməkdə davam edir.

Bilik Fondunun Könüllülər Birliyinin hər bir üzvü qatıldıqları bütün ictimai tədbirlərdə, fəaliyyətlərinin hər bir sahəsində Azərbaycan Prezidenti İlham Əliyevin könüllülərə müraciətini rəhbər tutur: "Gənclər bizim gələcəyimizdir. Siz gələcəkdə Azərbaycanı idarə edəcəksiniz. Azərbaycanın uğurlu inkişafı sizdən asılı olacaq. Ona görə siz gənclər bilikli, savadlı olmalısınız. Bu gün dünyada hər şeyi bilik, savad həll edir. Hətta ölkələrin gücünü, potensialını indi bilik, savad həll edir. Texnoloji, elmi tərəqqi haradadırsa, inkişaf da oradadır. İntellektual cəhətdən böyük imkanlara malik olan ölkələr dünyada öz mövqelərini möhkəmləndirirlər. Ona görə də bilik, savad hər bir gənc üçün - həm onun özü, həm də cəmiyyət üçün çox önəmlidir. Eyni zamanda, bizim gənclərimiz Vətənə bağlı, vətənpərvər olmalıdırlar və mən şadam ki, bu, belədir. Bizim gənclərimiz əsl vətənpərvər gənclərdir".

Kimdir könüllü? Heç bir maddi mənafe gözləmədən bacarıq, zaman və təcrübəsini, öz istəyi ilə, hər hansı bir ictimai təşəbbüs üçün istifadə edən vətənpərvər. Bilik Fondunun Könüllülər Birliyinin üzvləri bu gün Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarında yaxından iştirak edirlər. Könüllülər bu tarixi hadisənin ölkəmiz üçün önəmini və dəyərini anlayaraq bu nəhəng idman bayramının təşkil olunmasında fəxrlə və qürurla çalışırlar.

Ölkə başçısının inamı və etibarı onları daha da ruhlandırır: "Azərbaycan Avropanı qəbul etməyə hazırdır. Əminəm ki, dünya miqyasında ən gözəl Oyunları biz keçirəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti