...

Rusiyalı idmançılar Bakı-2015-də sinxron üzgüçülükdə iddialıdırlar

Baku 2015 : EUROGAMES Materials 12 İyun 2015 02:17 (UTC +04:00)
Rusiyanın sinxron üzgüçüləri Bakı-2015 Avropa Oyunlarında hovuzda öz peşəkarlıqlarını nümayiş etdirəcəklər.
Rusiyalı idmançılar Bakı-2015-də sinxron üzgüçülükdə iddialıdırlar

Azərbaycan, Bakı, 12 iyun /Trend/

Rusiyanın sinxron üzgüçüləri Bakı-2015 Avropa Oyunlarında hovuzda öz peşəkarlıqlarını nümayiş etdirəcəklər. Burada onlara rəqibləri belə azarkeşlik edəcəklər.

Trend Bakı-2015-in saytına istinadən məlumat verir ki, fiqurlar, solo, komanda və sərbəst kombinasiya üzrə yarışan gənclər arasında ikiqat dünya çempionu Anisiya Neborakonın şounun ulduzu olacağı gözlənilir. O, iddiaçıların fəxrli baxışlarını özünə cəlb edən güclü komandaya başçılıq edir. A.Neborako üçqat qızıl medal qazanacağına ümid edir.

Hətta medala ciddi iddialı olan İspaniya Rusiya üzgüçülərinin keyfiyyətini yüksək qiymətləndirir, baxmayaraq ki, məşqçi Ana Paçeko Montero məğlubiyyət gözləmir: "Əlbəttə, biz bilirik ki, rusiyalılar olduqca yaxşıdırlar və biz bura gələndə ilk etdiyimiz şey onlara baxmaq olur. Biz onlardan öyrənməyə davam edirik".

A.Neborako razılaşmaya bilər. 18 yaşlı idmançı 2014-cü ildə Helsinkidə keçirilmiş gənclər arasında dünya çempionatında üçqat qızıl medal qazanmaq istəyirmiş, lakin orada sərbəst kombinasiya üzrə öz komanda yoldaşı ilə gümüş medala yiyələndi.

Onun əsas rəqibi ehtimal ki, ukraynalı idmançı Yelizaveta Yaxnodur. Belə ki, o da bütün sinxron üzgüçülük yarışlarında, o cümlədən duet üzrə mübarizə aparır.

Fərdi yarışlar üzrə digər rəqiblər avstriyalı Anna-Mariya Aleksandri, ispaniyalı Berta Ferreras Sans, fransalı İnesse Quermoud və italiyalı Noemi Karrozadır.

Sinxron üzgüçülük cədvəli 12 iyun tarixində açılış mərasimindən əvvəl başlayır. Burada nəzərdə tutulur ki, Belarus cütlüyü Xanna Şulina və Dominika Sipalkova birinci Avropa Oyunlarında ilk rəqiblər olmaq şərəfinə nail olacaqlar.

Onlar ilkin olaraq cütlərin sərbəst hərəkəti üzrə yarışacaqlar. Burada bütün nəzərlər rusiyalı cütlük Valeriya Filenkova və Dariya Kulaginaya cəmlənəcək. Belə ki, onlar 2014-cü il gənclər arasında dünya çempionatında qızıl medal alan komandanın tərkibinə daxil olmuşdular.

Onların ən yaxın rəqibləri ukraynalı cütlük Yana Nariejna və Yaxno, habelə ispaniyalı Yuliya Eçeberria Esquivel və İrene Toledano Karmelodur.

Ukrayna həm gənclər, həm də yaşlılar səviyyəsində öz reytinqini kəskin şəkildə yüksəldib. İndi ukraynalılar İspaniyanı arxada qoyub və yarışlarda Rusiyanın əsas rəqibidirlər.

Ukrayna, İspaniya və İtaliya komanda yarışında ruslara qalib gələrək podiumda yer qazanmağa ümid edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti