...

Misirin "əl-Əhram" qəzetində Bakı-2015 Avropa Oyunları ilə bağlı məqalə dərc edilib

Baku 2015 : EUROGAMES Materials 11 İyun 2015 21:38 (UTC +04:00)
Misirin nüfuzlu “əl-Əhram” qəzetinin baş redaktor müavini Məhəmməd Osmanın Bakı-2015 ilk Avropa Oyunları ilə bağlı məqaləsi sözügedən qəzetdə dərc edilib.
Misirin "əl-Əhram" qəzetində Bakı-2015 Avropa Oyunları ilə bağlı məqalə dərc edilib

Azərbaycan, Bakı, 11 iyun /Trend/

Misirin nüfuzlu "əl-Əhram" qəzetinin baş redaktor müavini Məhəmməd Osmanın Bakı-2015 ilk Avropa Oyunları ilə bağlı məqaləsi sözügedən qəzetdə dərc edilib. Bu barədə Trend-ə Azərbaycanın Misirdəki səfirliyindən məlumat verilib.

M.Osman 17 gün davam edəcək ilk Avropa Oyunları haqqında məlumat verərək, sözügedən Oyunlarda 50 Avropa ölkəsindən 6 min idmançının 20 idman növü üzrə 253 üç medal uğrunda mübarizə aparacaqlarını bildirib.

Avropa Olimpiya Komitəsinin 2012-ci ildə ilk Avropa Oyunlarına Azərbaycanın ev sahibliyi etməsinə dair qərar qəbul etdiyini qeyd edən M.Osman, həmçinin sözügedən yarışlarda müxtəlif idman növlərinin (kamandan oxatma, atletika, voleybol, boks, velosiped idmanı, cüdo, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və sair) keçiriləcəyini, yeni tikilən Bakı Olimpiya Stadionunun 65 min azarkeş üçün nəzərdə tutulduğunu qeyd edib.

Müəllif Azərbaycanın Londonda keçirilmiş son 2012-ci il Yay Olimpiya Oyunlarında dünyanın 200 ölkəsi arasında 30-cu yeri, Avropa ölkələri arasında isə 15-ci yeri, 2014-cü ildə Çinin Nanjinq şəhərində 29 idman növü üzrə gənclər arasında keçirilmiş yarışlarda 200-dən artıq ölkənin iştirak etdiyi II Olimpiya Oyunlarında isə dünya ölkələri arasında 10-cu yeri tutması barədə məlumat verib.

Azərbaycan hökumətinin gənclərə və idmana verdiyi xüsusi önəmdən danışan M.Osman son illər ərzində ölkədə 40-dan çox idman olimpiya kompleksinin inşa edildiyni qeyd edib.

Bundan başqa, müəllif 2017-ci ildə Azərbaycanın İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyi barədə də məlumat verib.

Daha ətraflı: http://www.ahram.org.eg/NewsQ/405286.aspx#.VXkpvla_hRI.mailto

Xəbər lenti

Xəbər lenti