...

Rusiyanın sinxron üzgüçüləri Avropa Oyunlarında liderlik edirlər

Baku 2015 : EUROGAMES Materials 12 İyun 2015 18:45 (UTC +04:00)
Bu gün Bakıda birinci Avropa Oyunları çərçivəsində sinxron üzgüçülük üzrə komanda turnirinin təsnifat yarışı yekunlaşıb.
Rusiyanın sinxron üzgüçüləri Avropa Oyunlarında liderlik edirlər

Azərbaycan, Bakı, 12 iyun /Trend/

Bu gün Bakıda birinci Avropa Oyunları çərçivəsində sinxron üzgüçülük üzrə komanda turnirinin təsnifat yarışı yekunlaşıb.

Trend-in məlumatına görə, ilk yarış gününün nəticələrinə əsasən, Rusiya komandası 89,9333 balla liderliyə yüksəlib.

87,3000 və 86,1333 bal toplamış Ukrayna və İspaniya komandaları müvafiq olaraq ikinci və üçüncü yeri tutublar.

Komandaların və onların topladıqları balların tam siyahısı:

Bu gün, həmçinin sinxron üzgüçülərin duet çıxışı baş tutub. Həmin yarışların nəticələri üzrə ən yüksək balı rusiyalı (89, 2333) Valeriya Filenkova və darya Kulaqina dueti toplayıb. İkinci yerdə Ukrayna (87,5333 bal), üçüncü yerdə isə (85,7333 bal) İspaniya idmançıları tutublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti