Azərbaycan, Bakı, 14 /Trend, müxbir Yelena Kosolapova/
I Avropa Oyunlarına qitənin ən yaxşı karateçiləri gəliblər. Trend-in məlumatına görə, bunu Ümumdünya Karate Federasiyasının prezidenti Antonio Espinos mətbuat konfransında deyib.
Onun sözlərinə əsasən, ümumilikdə Avropada karate ən yüksək səviyyədədir: "Biz ümid edirik ki, karate olimpiya idman növü olacaq və bu baş verərsə, ço x şad olarıq".
Federasiya Prezidenti dünən qızıl medal qazanmış azərbaycanlı idmançı Rafael Ağayevin çıxışını yüksək qiymətləndirib.