...

Riza Kayaalp: Azərbaycanda olduğu qədər heç Türkiyədə də dəstək görməmişdim (FOTO)

Baku 2015 : EUROGAMES Materials 14 İyun 2015 22:47 (UTC +04:00)
"Azərbaycanlı tamaşaçıların bütün görüşlər boyunca mənə verdiyi dəstək inanılmaz idi. Bəlkə heç ölkəmdə belə bu qədər dəstək görməmişəm. Bunu səmimi deyə bilirəm. Minlərlə tamaşaçı vardı. Hər görüşümdə məni dəstəklədilər. Bizə öz evimizin havasını yaşatdılar."
Riza Kayaalp: Azərbaycanda olduğu qədər heç Türkiyədə də dəstək görməmişdim (FOTO)

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir İlkin İzzət /

"Azərbaycanlı tamaşaçıların bütün görüşlər boyunca mənə verdiyi dəstək inanılmaz idi. Bəlkə heç ölkəmdə belə bu qədər dəstək görməmişəm. Bunu səmimi deyə bilirəm. Minlərlə tamaşaçı vardı. Hər görüşümdə məni dəstəklədilər. Bizə öz evimizin havasını yaşatdılar. Məncə finaldan sonra Azərbaycan və Türkiyə bayraqlarının birgə gəzdirmək onlar üçün çox azdır. Allah hamısından razı olsun".

Bunu Trend-ə bu gün Bakı 2015 birinci Avropa Oyunlarının yunan-Roma güləşi üzrə yarışlarında 130 kq dərəcəsində qızıl medal qazanmış Riza Kayaalp deyib.

R.Kayaalp qeyd edib ki, o, ilk dəfə Avropa çempionluğunu da 2010-cu ildə Azərbaycanda qazanıb: "O zaman da qalibiyyətdən sonra Azərbaycan və Türkiyə bnayraqlarını dalğalandırmışdım. Bu da mənim 6-cı finalım və 5-ci çempionluğum oldu. Təbii ki, final azərbaycanlı güləşçi ilə oldu. Yenə 1-ci olduqdan sonra Azərbaycan və Türkiyə bayraqlarını dalğalandırdım".

Türkiyəyə Avropa Oyunlarında qızıl medal qazandırdığına görə çox sevindiyini deyən 26 yaşlı güləşçi bundan sonra da uğurlar qazanmağa, dünya və Avropa çempionatlarında bu günədək qazandığı 26 medalın sayını artırmağa çalışacağını bildirib.

Qeyd edək ki, Rza Kayaalp finalda Azərbaycan güləşçisi Sabahi Şəriətiyə qalib gələrək qızıl medala sahib olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti