...

Ərdoğan Avropa Oyunlarını təyyarədə mobil telefonundan izləyib

Baku 2015 : EUROGAMES Materials 15 İyun 2015 10:21 (UTC +04:00)
Ərdoğan Avropa Oyunlarını təyyarədə mobil telefonundan izləyib
Ərdoğan Avropa Oyunlarını təyyarədə mobil telefonundan izləyib

Azərbaycan, Bakı, 15 iyun /Trend/

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Avropa Oyunlarına marağı böyükdür. Trend-in məlumatına görə, ölkə başçısı 130 kq çəki dərəcəsində türkiyəli yunan-roma güləşçisi Rza Kayaalpın çıxışını mobil telefonu vasitəsilə izləyib.

R.T.Ərdoğan İstanbuldan Ankaraya getməzdən öncə təyyarədə avropa və dünya çempionu Rza Kayaalpın final qarşılaşmasına mobil telefonu vasitəsilə canlı baxıb.

Qeyd edək ki, Türkiyə komandası "Bakı-2015" ilk Avropa Oyunlarının iki yarış günündən sonra 4 qızıl, 2 gümüş və 6 bürünc medalla ümumi hesabda 3-cü pillədə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti