...

Spiros Kapralos: “Avropa Olimpiya Komitəsi I Avropa Oyunlarından çox razıdır”

Baku 2015 : EUROGAMES Materials 15 İyun 2015 11:57 (UTC +04:00)
Azərbaycan, I Avropa Oyunları Təşkilat Komitəsi və Oyunların hazırlığına aidiyyatı olan hər kəs sözünün üstündə durdu.
Spiros Kapralos: “Avropa Olimpiya Komitəsi I Avropa Oyunlarından çox razıdır”

Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir Aygün Bədəlova/

Azərbaycan, I Avropa Oyunları Təşkilat Komitəsi və Oyunların hazırlığına aidiyyəti olan hər kəs sözünün üstündə durdu. Trend-in məlumatına əsasən, bunu mətbuat konfransında Avropa Olimpiya Komitəsinin (AOK) Əlaqələndirmə Komissiyasının sədri Spiros Kapralos deyib.

S.Kapralos bildirib ki, AOK yarışların ilk gününün nəticələrindən çox razıdır: "Tamaşaçılarla dolu böyük meydanlarda ən yüksək səviyyəli idman nümayiş etdirilir".

S.Kapralos qeyd edib ki, Azərbaycanın I Avropa Oyunlarında medal hesabına görə birinci yerə çıxması da çox mühüm məsələdir: "Yayım səviyyəsi də əhəmiyyətli məsələlərdən biridir. Dünyanın 145 ölkəsindən olan tamaşaçılar I Avropa Oyunlarına baxa bilir. Bu böyük uğurdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti