...

Azərbaycan gimnastı: "Bugünkü bürünc medallar təsadüfi deyildi" (FOTO)

Baku 2015 : EUROGAMES Materials 15 İyun 2015 20:57 (UTC +04:00)
"Bugünkü bürünc medallar təsadüfi deyildi, biz son ilyarım idi ki, buna doğru gedirdik".
Azərbaycan gimnastı: "Bugünkü bürünc medallar təsadüfi deyildi" (FOTO)

Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir Maksim Tsurkov/

"Bugünkü bürünc medallar təsadüfi deyildi, biz son ilyarım idi ki, buna doğru gedirdik".

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan gimnastı Pyotr Paxnyuk deyib.

Onun sözlərinə görə, komanda lap əvvəldən medallar uğrunda mübarizə aparırdı: "Biz çox şadıq, hər şey alındı. Rusiya, Ukrayna, Almaniya, Britaniya və İtaliyadan çox güclü rəqiblərimiz vardı. Bütün gimnastlar yaxşı formada idi".

O.Paxnyuk qeyd edib ki, yarışların birinci günü heç də uğurlu alınmadı: "İkinci tapşırıqda kiçik zədə aldım və hər şey istədiyim kimi alınmadı. Lakin biz yaxşı çıxış etməyi bacardıq. Bu məni çox sevindirir. Bu gün praktiki olaraq səhvlər olmadı".

O vurğulayıb ki, Avropa Oyunları çox yaxşı təşkil olunub: "Bizim arenamız, Atletlər kəndi çox xoşuma gəlir. Avropa Oyunları əhəmiyyətli tədbirdir, biz buna ilyarım idi ki, hazırlaşırdıq, buna görə də bügünkü medallar təsadüfi deyil".

Qeyd edək ki, bu gün Avropa Oyunlarında Azərbaycanın kişilərdən ibarət gimnastika yığması bürünc medal qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti