...

Ukraynalı gimnastlar: "Hər Olimpiya Oyunları I Avropa Oyunlarında olan hazırlıq səviyyəsi ilə öyünə bilməz"

Baku 2015 : EUROGAMES Materials 17 İyun 2015 17:38 (UTC +04:00)
"Hər Olimpiya Oyunları Bakı-2015 Avropa Oyunlarında olan hazırlıq səviyyəsi ilə öyünə bilməz".
Ukraynalı gimnastlar: "Hər Olimpiya Oyunları I Avropa Oyunlarında olan hazırlıq səviyyəsi ilə öyünə bilməz"

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir Maksim Tsurkov/

"Hər Olimpiya Oyunları Bakı-2015 Avropa Oyunlarında olan hazırlıq səviyyəsi ilə öyünə bilməz". Bunu Trend-ə Ukraynanın akrobatika gimnastikası üzrə qadınlardan ibarət komandasının üzvləri Nadya Kotlyar, Diana Pançuk və Anna Patçenko deyiblər.

Onlar qeyd ediblər ki, Bakı-2015 Avropa Oyunları dünya idmanı həyatında heyrətamiz hadisədir: "Burada çox gözəl obyektlər var, nəqliyyat və qida ilə bağlı məsələlər yüksək səviyyədədir. Oyunların açılış mərasimi çox xoşumuza gəldi".

İdmançılar çıxışlarından razı qaldıqlarını deyiblər: "Məşqçinin etibarını doğruldaraq, bütün elementləri düzgün yerinə yetirərək olduqca yaxşı inkişaf etdik".

Gimnastlar vurğulayıblar ki, finala çıxmaqla bağlı hələ planları yoxdur: "Biz finalda elementləri daha yaxşı yerinə yetirərək hakimlər tərəfindən bəyənilmək niyyətindəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti