Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir Maksim Tsurkov/
Bakı-2015 Avropa Oyunları yüksək səviyyədə təşkil edilib. Bunu Trend-ə bədii gimnastika üzrə Rusiya yığmasının üzvü Anastasiya Maksimova deyib.
Rusiya yığması Oyunlarda bədii gimnastika üzrə qrup yarışlarında çoxnövçülükdə qızıl medal qazanıb.
Onun sözlərinə görə, I Avropa Oyunları yüksək səviyyədə təşkil edilib: "Bütün yarışlar maraqlı keçir, açılış mərasimi çox gözəl idi. Hər şey çox xoşumuza gəlir".