Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir Ənvər Məmmədov/
I Avropa Oyunları çərçivəsində qadınlar arasında çimərlik voleybolu üzrə yarışların təsnifat mərhələsi başa çatıb.
Trend-in məlumatına görə, Azərbaycan voleybolçuları Zinaida Lyubimova və Vivyen Kunya finlandiyalı rəqiblərini 2:0 hesabı ilə məğlub edərək 1/8 final mərhələsinə yüksəliblər. Bu mərhələdə idmançılarımız İtaliya voleybolçuları ilə qarşılaşacaqlar.
Təəssüflər olsun ki, Azərbaycanın digər voleybolçu cütlüyü Yuliya Kərimova və Rakel Fereyra təsnifat mərhələsində Çexiya idmançılarına 0:2 hesabı ilə məğlub olublar.