...

Beynəlxalq Assosiasiya: Azərbaycan idman dövlətinə çevrilir

Baku 2015 : EUROGAMES Materials 18 İyun 2015 19:42 (UTC +04:00)
Azərbaycanın Yay Olimpiya Oyunlarını qəbul etmək üçün bütün imkanları var. Bunu Trend-ə Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının nümayəndəsi Ruslan Medelbek deyib.
Beynəlxalq Assosiasiya: Azərbaycan idman dövlətinə çevrilir

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanın Yay Olimpiya Oyunlarını qəbul etmək üçün bütün imkanları var. Bunu Trend-ə Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının nümayəndəsi Ruslan Medelbek deyib.

Onun sözlərinə görə, Azərbaycan sübut etdi ki, ölkə ildən-ilə dünyanın idman dövlətlərindən birinə çevrilir.

R.Medelbek qeyd edib ki, I Avropa Oyunlarında jurnalistlər üçün bütün zəruri şərait yaradılıb.

O, əlavə edib ki, Azərbaycan bədii gimnastika, güləş, cüdo kimi idman növlərində güclüdür: "I Avropa Oyunlarından sonra ölkədə bütün Olimpiya növlərində sıçrayış müşahidə ediləcəyi istisna olunmur".

R.Medelbekin sözlərinə əsasən, Afina Yay Olimpiya Oyunlarının açılışından daha rəngarəng olan I Avropa Oyunlarının açılış mərasimi xüsusi diqqətəlayiqdir: "Ledi Qaqanın açılışda çıxış etməsi böyük sürpriz oldu. Onun çıxışı "Youtube"da izləmə rekordu qırdı ki, bu da Azərbaycan üçün böyük PR-dır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti