...

Avropa Oyunlarının qəhrəmanı Oleq Stepko: "Övladlarınızı idman gimnastikasına qoyun" (FOTO) (MÜSAHİBƏ)

Baku 2015 : EUROGAMES Materials 21 İyun 2015 17:18 (UTC +04:00)
I Avropa Oyunlarında Azərbaycana 5 medal qazandırmış, idman gimnastikasında ölkəyə ilk qızıl medalı gətirmiş gimnastımız Oleq Stepko təəssüratlarını Trend-lə bölüşür
Avropa Oyunlarının qəhrəmanı Oleq Stepko: "Övladlarınızı idman gimnastikasına qoyun" (FOTO) (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir Vüqar İmanov/

I Avropa Oyunlarında Azərbaycana 5 medal qazandırmış, idman gimnastikasında ölkəyə ilk qızıl medalı gətirmiş gimnastımız Oleq Stepko təəssüratlarını Trend-lə bölüşür

- Avropa Oyunlarında Azərbaycana 5 medal gətirmək, ölkə tarixində ilk dəfə idman gimnastikasında qızıl medal qazandırmaq - bu uğur münasibətilə səni təbrik edirik. Özünü qəhrəman hiss edirsənmi?

- Qəhrəman kimi hiss etmirəm, sadəcə, ağır zəhmətim bəhrəsini verdi və buna sevinirəm. Əbəs yerə rejimdə deyildim, əbəs yerə məşq etmirdim, əbəs yerə çox şeydən özümü məhrum etməmişdim. Bu mənim işimdir. Və onu ən yüksək səviyyədə yerinə yetirməyə çalışıram. Qazandığım medallar da bunun sübutudur. Hər bir idmançı federasiyasının, ölkəsinin nüfuzunu artırmalı, azarkeşlər arasında hörmət və rəğbət qazanmalıdır. Sözlə ifadə etməkdə çətinlik çəkdiyim hisslər yaşayıram. Bu medalları güclü gimnastlar - dünya, Avropa, Olimpiya çempionları arasında qazanmaq xüsusilə xoş idi.

- Azərbaycanın idman gimnastikasının gələcəyini necə görürsən?

- Kiçik, lakin qəti addımlarla irəli gedəcəyik. Xüsusilə, idmançıların uğurlu çıxışı və hazırlığı üçün hər cür şərait yaratmış Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığımı bildirmək istərdim. Bakıda I Avropa Oyunlarının sayəsində bütün dünya Azərbaycanda bu idman növünün necə uğurla inkişaf etdiyini gördü. Bundan başqa, idmançıların uğurlu çıxışı gənc nəsil arasında bu idman növünə marağı artıracaq. Əminəm ki, azərbaycanlı gənclər boks, karate, cüdo və güləşi sevdikləri kimi, idman gimnastikasını da sevəcəklər. Övladlarınızı idman gimnastikasına qoyun və gələcəkdə idmançılar bədii, idman və batut gimnastikasında böyük uğurlara imza atacaqlar.

- Rio-de-Janeyro olimpiadasına az qalıb...

- Hazırda Rio olimpiadası haqqında düşünmürəm. Hələ bir il var. Əvvəlcə Olimpiya lisenziyalarının oynanıldığı dünya çempionatında uğurla çıxış etmək lazımdır. Məqsədim var. Proqramımı çətinləşdirməliyəm. Əsas odur ki, Azərbaycan idman gimnastikası aləmində öz sözünü dedi və bu uğuru inkişaf etdirmək lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti