...

Avstriyalı gimnast: Azərbaycanda gimnastikaya böyük diqqət göstərilir

Baku 2015 : EUROGAMES Materials 21 İyun 2015 18:27 (UTC +04:00)
"Birinci Avropa Oyunları doğrudan da çox əhəmiyyətlidir, idmanda bir yenilikdir və mən Avstriya komandası tərkibində bu yarışlarda iştirak etdiyimə görə çox sevinirəm".
Avstriyalı gimnast: Azərbaycanda gimnastikaya böyük diqqət göstərilir

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir Elçin Mehdiyev/

"Birinci Avropa Oyunları doğrudan da çox əhəmiyyətlidir, idmanda bir yenilikdir və mən Avstriya komandası tərkibində bu yarışlarda iştirak etdiyimə görə çox sevinirəm". Bunu Trend-ə Avstriyadan olan gimnast Nataşa Veqşeider deyib.

O, Azərbaycanın Avropa Oyunlarını çox yüksək səviyyədə təşkil etdiyini bildirib: "Atletlər kəndində bizim üçün hər cür şərait yaradılıb. Gimnastika yarışlarının keçirildiyi Milli Gimnastika Arenası isə çox əladır, genişdir, özünü çox rahat hiss edirsən, mühit gözəldir, azarkeşlər səni dəstəkləyir və çox həvəslənirsən".

Azərbaycanın güclü gimnastlarının olduğunu deyən N.Veqşeider bildirib ki, Azərbaycanda gimnastikaya böyük diqqət göstərilir: "Azərbaycanda gimnastikanın inkişafı üçün hər cür şərait yaradılıb və insanların da izdihamlı şəkildə gəlib yarışları izləməsi onlarda bu idmana olan böyük marağı göstərir".

Bundan əvvəl də Azərbaycanda olduğunu deyən avstriyalı gimnast ölkəmizi çox bəyəndiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti