...

Musalov: "Azərbaycanı təmsil etməkdən qürur duyuram"

Baku 2015 : EUROGAMES Materials 21 İyun 2015 22:11 (UTC +04:00)
"Fransadan olan rəqibim güclü idi və özünəməxsus strategiyası vardı. Həm də yaxşı müdafiə olunurdu. Buna baxmayaraq yaxşı döyüşdüm və qalib gəldim."
Musalov: "Azərbaycanı təmsil etməkdən qürur duyuram"

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir İlkin İzzət/

"Fransadan olan rəqibim güclü idi və özünəməxsus strategiyası vardı. Həm də yaxşı müdafiə olunurdu. Buna baxmayaraq yaxşı döyüşdüm və qalib gəldim."

Trend-in məlumatına görə, bunu bu gün Avropa Oyunlarında boks yarışlarında 1/8 finalda qələbə qazanan təmsilçimiz Xaybula Musalov deyib.

"Məqsədim Azərbaycan bayrağını qaldırmaqdır. Mən özüm Dağıstandanam amma Azərbaycanı təmsil etməkdən qürur duyuram. Azərbaycan mənə çox şey verib və buna görə özümü azərbaycanlı kimi hiss edirəm", - idmançı qeyd edib.

İdmançı azarkeşlərə dəstəylərinə görə təşəkkürünü bildirib.

O, əsas məqsədinin Azərbaycan bayrağını qaldırmaq olduğunu, bunun üçün Azərbaycanın dövlət himnini öyrənməyə çalışacağını deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti