Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir İlkin İzzət/
"Döyüş çətin keçdi. Çünki rəqibim fiziki cəhətdən çox güclü idi. Şükür olsun ki, qalib gəldim. Növbəti döyüşüm İrlandiya idmançısı ilə olacaq. Onu da tanıyıram, təlim-məşq toplantılarında bir yerdə məşq etmişik. Ümid edirəm ki, onu da məğlub edib finala vəsiqə qazanacağam."
Trend-in məlumatına görə, bunu bu gün Avropa Oyunlarında boks yarışlarında yarımfinala vəsiqə qazanan ölkəmizi 69 kiloqram dərəcəsində təmsil edən Pərviz Bağırov deyib.
Döyüşdə qaşından zədə alan idmançı bunun ciddi olmadığını deyib.