...

İdmançımız: Azərbaycanda badminton uğurla inkişaf edəcək

Baku 2015 : EUROGAMES Materials 24 İyun 2015 17:56 (UTC +04:00)
Azərbaycanda badminton uğurla inkişaf edəcək. Bunu Trend-ə azərbaycanlı badmintonçu Kənan Rzayev deyib.
İdmançımız: Azərbaycanda badminton uğurla inkişaf edəcək

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir Maksim Tsurkov/

Azərbaycanda badminton uğurla inkişaf edəcək. Bunu Trend-ə azərbaycanlı badmintonçu Kənan Rzayev deyib.

Onun sözlərinə görə, Bakıda I Avropa Oyunlarının keçirilməsinə görə çox şaddır: "Bu Oyunlarda çox şey öyrəndik. Heç vaxt belə azarkeş qarşısında oynamamışdıq, güclü dəstək var idi".

K.Rzayev qeyd edib ki, Mikayıl Cabbarovun Badminton Federasiyasının prezidenti seçilməsi ölkədə bu idman növünün inkişafına müsbət təsir edəcək: "Bütün ölkə üzrə badminton inkişaf edəcək. Mikayıl Cabbarov badmintonu məktəblərdən inkişaf etdirmək, eyni zamanda, yuxarı yaşlı idmançılarla işləmək niyyətindədir. Belə ki, İslam Həmrəyliyi Oyunlarına hazırlaşmalı və orada yaxşı nəticələr göstərməliyik. Buna görə də əminəm ki, Azərbaycanda badminton uğurla inkişaf edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti