Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir Elçin Mehdiyev/
"Birinci Avropa Oyunlarının təşkilatçılıq səviyyəsini Olimpiya Oyunları ilə müqayisə etmək olar və mən burada iştirak etdiyimə görə çox sevinirəm". Bunu Trend-ə italyan boksçu Vinçenzo Manqiakapre deyib.
O bildirib ki, Azərbaycan hər şeyi yüksək səviyyədə təşkil edib və idmançılar üçün hər cür şərait yaradıb. İtaliyalı boksçu, eyni zamanda, Azərbaycanın müasir idman arenalarının olduğunu diqqətə çatdırıb.
V.Manqiakapre Avropa Oyunlarının idmançılar üçün əhəmiyyətli olduğunu bildirib. O, qeyd edib ki, bu cür yarışlar idmançılara böyük təcrübə əldə etməyə imkan verir.
İtalyan boksçu ölkəmizə artıq ikinci dəfə gəldiyini qeyd edərək Azərbaycanı çox bəyəndiyini diqqətə çatdırıb.
İtalyan boksçu: Azərbaycan hər şeyi yüksək səviyyədə təşkil edib
"Birinci Avropa Oyunlarının təşkilatçılıq səviyyəsini Olimpiya Oyunları ilə müqayisə etmək olar və mən burada iştirak etdiyimə görə çox sevinirəm".
