...

Prezident İlham Əliyev və xanımı Avropa Oyunları çərçivəsində Azərbaycan və Türkiyə qadın voleybolçularının yarımfinal oyununu izləyiblər (FOTO)

Baku 2015 : EUROGAMES Materials 25 İyun 2015 23:43 (UTC +04:00)
Birinci Avropa Oyunları çərçivəsində qadın voleybolçuların mübarizəsi davam edir.
Prezident İlham Əliyev və xanımı Avropa Oyunları çərçivəsində Azərbaycan və Türkiyə qadın voleybolçularının yarımfinal oyununu izləyiblər (FOTO)

Azərbaycan, Bakı, 25 iyun /Trend/

Birinci Avropa Oyunları çərçivəsində qadın voleybolçuların mübarizəsi davam edir.

İyunun 25-də Azərbaycan yığması yarımfinalda Türkiyə millisi ilə qarşılaşıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, "Bakı-2015" ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri yarımfinal oyununu izləyiblər.

Qarşılaşmanın birinci setində türklər qalib gəldilər: 25:21. İkinci setdə 25:23 hesabı ilə üstün olan yığmamızın üzvləri üçüncü setdə qələbəni Türkiyə voleybolçularına verdilər: 25:19. Dördüncü setdə yenidən 25:23 hesabı ilə qalib gələn voleybolçularımız taybrekdə 11:15 hesabı ilə məğlub oldular. Beləliklə, Azərbaycan millisi Avropa Oyunlarında qadın voleybolçuların yarışında üçüncü yer uğrunda mübarizə aparacaq.

Xatırladaq ki, ilk qarşılaşmada Rumıniya millisini 3:0 hesabı ilə məğlub edən voleybolçularımız İtaliya komandasından da 3:1 hesabı ilə üstün olmuşdular. Sonra Belçika voleybolçularını 3:2 hesabı ilə məğlubiyyətə uğradan Azərbaycan yığması dörddə bir finalda Hollandiya millisini də 3:0 hesabı ilə məğlub edə bilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti